AZ

Zelenski danışıqlar üçün şərt irəli sürüb

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, danışıqlar başlamazdan əvvəl Kiyev təhlükəsizlik zəmanəti almalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini Polşanın “Onet” nəşri sitat gətirib.

“Hər hansı danışıqlara başlamazdan əvvəl nə baş verməlidir? Ukrayna təhlükəsizlik zəmanəti almalıdır”, - deyə Ukrayna prezidenti qeyd edib.

Onun sözlərinə görə, Kiyev NATO-nun harada olacağını, müttəfiqlərin maliyyə və hərbi dəstəyinin davam edib-etməyəcəyini bilməlidir, əks halda Ukrayna yalnız özünə güvənməli olacaq.

Seçilən
2
1
operativmm.az

2Mənbələr