AZ

Saxta spirtli içkilərdən ölənlərin sayı 30-a yüksəldi

İstanbulda son 72 saatda saxta spirtli içkilərdən ölənlərin sayı 30-a yüksəlib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 31 nəfərin reanimasiyada, 18 nəfərin isə normal palatada müalicəsi davam etdirilir.
Eyni zamanda İstanbul Valiliyi saxta spirtli içkilərə qarşı yoxlamaların aparıldığını qeyd edib.

Bildirilib ki, bu çərçivədə bazara külli miqdarda saxta spirtli içki çıxaran 2 nəfər həbs edilib.
Qeyd edək ki, bundan öncə yayılan açıqlamada saxta işçidən 11 nəfərin öldüyü bildirilmişdi.

ONN İnformasiya Agentliyi
Seçilən
4
2
onn.az

3Mənbələr