AZ

Yolların açılması Ermənistana görə ləngiyir - Zaxarova

Qərbin dağıdıcı təsiri nəticəsində Ermənistan tərəfinin üçtərəfli işçi qrupu (Azərbaycan-Rusiya-Ermənistan) çərçivəsində fəaliyyəti səngiyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Əminik ki, qrup çərçivəsində tam əməkdaşlığın mümkün qədər tez bərpası nəinki Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya sisteminin bərpasına kömək edəcək, həm də bütün regionun gələcək sosial-iqtisadi inkişafını təmin edəcək”, - Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Moskva bu problemin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
6
50
teleqraf.com

10Mənbələr