Bakı. Trend:
Rusiyalı jurnalistin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarınaErmənistanın mənfi reaksiyası çaşqınlıq yaradır.
Trend xəbər verirki, bunu jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə Rusiya XİNmətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.
“Biz Ermənistanın söz azadlığı tərəfdarı olduğunu hər zamanİrəvandan eşidirik, ona görə İrəvandakı bu reaksiya təəccübdoğurur. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana bəllidir:Rusiya ardıcıl olaraq üçtərəfli razılaşmalar əsasında bütünnəqliyyat və iqtisadi əlaqələrin bərpası haqda danışır. Bu mövqeson dərəcə aydın şəkildə ifadə olunub”, -deyə o bildirib.
Qeyd edək ki, söhbət “Rossiya seqodnya” agentliyinin başdirektoru, teleaparıcı Dmitriy Kiselyovun Zəngəzur dəhlizi haqdadedidklərindən gedir.
Kiselyov Zəngəzur dəhlizinin Bakı üçün “həyati əhəmiyyətli”olduğunu bildirmiş və İrəvanın Azərbaycanın dəhlizi açmaqla bağlıtələblərinə məhəl qoymadığını qeyd etmişdi.
Bununla əlaqədar, Rusiya Federasiyasının Ermənistanda olansəfiri S.P. Kopırkin Ermənistan XİN-ə dəvət olunmuş və ona etiraznotası təqdim edilmişdi.