Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində keçirdikləri tədbirlər nəticəsində Bakı şəhəri ərazisində yerləşən strateji obyektlərdən birinin yaxınlığında qanunsuz ov edən M.Süleymanov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, həmin şəxsdən "Hatsan" markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları aşkarlanaraq götürülüb.
Məsələ ilə bağlı araşdırma aparılır.