Şimali Koreya Ukrayna ilə savaşa göndərdiyi hərbçilərin üçdə birini itirib
Şimali Koreya Rusiyanın Kursk bölgəsinə Ukrayna ilə savaşa göndərdiyi hərbçilərinin üçdə birini itirib. Onlar ya öldürülüb, ya da yaralanıblar. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Reyting.az xəbər verir ki, Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzinin rəhbəri polkovnik Ants Kiviselq də Vladimir Zelenskinin dediklərini təsdiqləyib.
“Forbes” xatırladır ki, Şimali Koreya əsgərləri dekabr ayında Kurskda ilk hücumlarına başlayıb, Ukrayna mövqelərini atəşə tutmaq üçün qarla örtülmüş tarlalardan keçiblər: “Şimali Koreya əsgərləri Ukrayna minalarından, artilleriyasından və pilotsuz təyyarələrin zərbələrindən ağır itkilər versələr də, hücumu davam etdiriblər”.
Bildirilir ki, Kursk vilayətində ilk hücum zamanı 200-dən çox Şimali Koreyalı öldürülüb və ya yaralanıb.
“Bu ayın əvvəlində baş vermiş uğursuz hücum 400 rus itkisi ilə nəticələnə bilərdi. Yanvarın ortalarına qədər Şimali Koreyanın 11-ci Ordu Korpusunda olan 12 000 əsgərdən 3800-ü öldürülüb, yaralanıb və ya daha az ehtimalla əsir götürülüb”,- deyə eksperlət təhlil ediblər.
Hərbi mütəxəssis Demçenko bildirib ki, yaralı Şimali Koreyalılar bəzən birbaşa döyüş meydanında özlərini öldürürlər: “Bunlar yaralananda bir plan üzrə hərəkət edən son dərəcə sərtləşmiş tiplərdir”.
“Forbes” belə qənaətə gəlib ki, KXDR-in üçdə bir hissəsi tükənmiş 11-ci Ordu Korpusunun gücləndirilməsinə ehtiyac ola bilər.
V. QULİYEV