"Ermənistanın Rusiya televiziyasında Zəngəzur dəhlizi ilə bağlı jurnalist bəyanatlarına reaksiyası çaşdırıcıdır".
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz həmişə İrəvandan eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir, ona görə də İrəvanın indiki reaksiyası çaşdırıcıdır. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana məlumdur. Rusiya ardıcıl olaraq üçtərəfli sazişlər əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasından danışır. Bu mövqe çox aydın ifadə olunub", - Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin üçtərəfli işçi komitəsi heç vaxt Ermənistanda hər hansı ekstraterritorial dəhliz yaradılmasını müzakirə etməyib: "Əksinə, ölkələrin öz ərazisindən keçən marşrutlar üzərində yurisdiksiyaya və suverenliyə malik olması ilə bağlı razılıq əldə olunub".
Onun sözlərinə görə, Qərbin dağıdıcı təsiri nəticəsində erməni tərəfinin üçtərəfli işçi qrupu çərçivəsində işi səngiyib: "Əminik ki, qrup çərçivəsində tam əməkdaşlığın mümkün qədər tez bərpası Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya sisteminin bərpasına töhfə verməklə yanaşı, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafını da təmin edəcək".
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin bildirib ki, Rusiya bu problemin həllində Azərbaycan və Ermənistana dəstək verməyə hazırdır.