AZ

Azərbaycanla Liviya arasında treydinq və hasilat üzrə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı. Trend:

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentiRövşən Nəcəf Liviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri Ali Salem Naser ilə treydinq və hasilat layihələri üzrəəməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında enerji sektorundaəlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub. Bu xüsusda,SOCAR ilə Liviyanın Milli Neft Şirkəti arasında tərəfdaşlıqmünasibətlərinin dərinləşdirilməsi istiqamətində müzakirələrinaparıldığı vurğulanıb.

Söhbət zamanı treydinq və hasilat layihələri üzrə əməkdaşlıqimkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
10
6
az.trend.az

9Mənbələr