AZ

AMADA və Milli Paralimpiya Komitəsi birgə seminar təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılar iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.

Seçilən
11
14
yeniazerbaycan.com

10Mənbələr