Ajans.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
WIN/Gallup sorğusunda toplanan məlumatlara görə, Hollandiyada insanlar təmizliyə daha az əhəmiyyət verirlər. Bu ölkədə hər ikinci insan tualetdən istifadə etdikdən sonra əllərini yumur. Növbəti yerdə İtaliyadır. Orada əhalinin 43 faizi əllərini yumur.
Avropanın ən natəmiz ölkələri beşliyində növbəti ölkələr İspaniya, Fransa və Rusiyadır. Rusiyada WIN/Gallup sorğusunda iştirak edənlərin 37 faizi tualetdən istifadə etdikdən sonra əllərini yumadıqlarını etiraf edib. Fransa və İspaniyadan olan sorğu iştirakçıları ruslardan müvafiq olaraq bir və iki faiz bəndi geri qalırlar.
WIN/Gallup-un məlumatına görə, Bosniyalıların 96 faizi tualetdən istifadə etdikdən sonra əllərini yuyur. Türkiyədə bu rəqəm iki faiz aşağı, 94 faizdir.