AZ

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik yeni terminal inşa ediləcək.

Dekabrda Qazaxıstandan Azərbaycana 101 min ton taxıl tədarük edilib

FED.az xəbər verir ki, tikinti işlərinin birinci mərhələsi başa çatdıqdan sonra terminalın illik gücü 570 min ton taxıl yükü təşkil edəcək.

İkinci mərhələnin tikintisi ilə terminalın gücü ildə 1,5 milyon tona çatmalıdır.

“Sarzha Grain Terminal”a investisiya qoyuluşunun ümumi həcmi 50 milyon ABŞ dollarından bir qədər çox olacaq. Birinci mərhələnin 2026-cı ilin ikinci yarısında başa çatması planlaşdırılır.

Layihəçilər hesab edirlər ki, bu, Orta Dəhlizin inkişafına və Qazaxıstan Respublikası hökuməti tərəfindən təsdiqlənmiş 2030-cu ilədək nəqliyyat-logistika potensialının inkişafına dair Yol Xəritəsinin həyata keçirilməsinə yeni təkan verəcək.

Layihənin məqsədi Qazaxıstan malları üçün ixrac marşrutlarının şaxələndirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ixrac və tranzit potensialının artırılmasından ibarətdir. (Report)

Seçilən
0
6
fed.az

7Mənbələr