AZ

Britaniyanın enerji nəhəngi 4,7 min işçini işdən çıxaracaq

Britaniya “BP Plc” şirkəti işçi sayını 5 % və ya təxminən 4,7 min nəfər azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu CNBC telekanalı şirkətin məlumatına istinadən bildirib.

BP, həmçinin təxminən 3 min podratçının xidmətlərindən imtina edəcək.

Ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard ABŞ dolları məbləğində azaldılması üçün tədbirlər elan etmişdi və bu gün elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.

Seçilən
1
3
report.az

4Mənbələr