Cənubi Sudanda vəba epidemiyası yayılmağa başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, vəbadan həyatını itirənlərin sayı 334 nəfərə çatıb.
Cənubi Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada, vəba epidemiyasının ölkənin 10 əyalətindən 7-də yayıldığı bildirilib.
Qeyd olunub ki, oktyabr ayından bu yana vəbaya yoluxanların sayının 19 min 320-yə çatdığı, epidemiya səbəbindən həyatını itirənlərin sayının isə 334-ə yüksəlib.
2024-cü il dekabrın 10-da Cənubi Sudan hökuməti Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edərək ölkədə vəba xəstəliyinin artmasına qarşı vətəndaşları peyvənd etmək proqramına başlayıb.
Müharibənin davam etdiyi qonşu Sudanda avqustun 12-də vəba epidemiyası elan edilib və yoluxma sayı 49 mini keçib.
Sudandakı müharibə səbəbindən Cənubi Sudana keçənlərin sayının 880 min civarında olduğu təxmin edilir.