AZ

İsrail-HƏMAS atəşkəs razılığı niyə alınmadı?

Yanvarın 15-də İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Bu gün isə İsrailin Baş naziri Benyamin Netanyahu, "Həmas son anda güzəşt əldə etmək üçün razılaşmanın bəzi hissələrindən imtina etdi",- deyə qeyd edib.

Bəs niyə atəşkəs razılığı əldə olunmadı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, tərəflər arasında müharibə uzun müddətdir davam edir. Ona görə də, qısa müddət ərzində atəşkəsə nail olmaq, detallı bir planı həyata keçirmək bir o qədər asan deyil:

"İndi sanki razılaşma yerinə yetirilmir və qarşılaşma davam edir, amma Qətər dövləti vasitəçi olub, işin içində Amerika, Misir və Türkiyə var. Hesab edirəm ki, müəyyən anlaşmazlıqlardan sonra əldə olan razılaşmanın yerinə yetirilməsinə başlanılacaq".

E.Şahinoğlunun sözlərinə görə, razılaşmanın hər hansısa mərhələsində tərəflər çətinliklərlə üzləşə bilərlər. Çünki HƏMAS və İsrail arasında tək ilyarım yox, uzun illərdi qarşıdurma mövcuddur. Bu müharibə hər iki tərəfə zərər vurur.

Elxan Şahinoğlu: Müəyyən anlaşmazlıqlardan sonra razılaşmanın yerinə yetirilməsinə başlanılacaq

"Ziyanın yarısından qayıtmaq da faydalıdır” deyən Şahinoğlunun sözlərinə görə, razılaşma əldə olunmalıdır ki, müharibə bitsin, insanlar evlərinə qayıtsın və infrastruktur çalışmalarına başlanılsın”.

"Düşünürəm ki, Donald Trampın and içməsindən sonra onun dövründə hər iki tərəf razılaşmağa çalışacaqlar, - deyə Elxan Şahinoğlu qeyd edib.

Nuriyyə Musayeva

Seçilən
8
bakivaxti.az

1Mənbələr