Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri ilə bərabərhüquqlu tərəfdaş olmaq istiqamətində əməkdaşlıqlarını daha da genişləndirir.
Bu istiqamətdə növbəti addım Böyük Britaniyanın De Montfort Universiteti ilə olub.
UNEC-də işgüzar səfərdə olan Böyük Britaniyanın De Montfort Universitetinin nümayəndələri öncə universitetin infrastrukturu və tədris proqtamları ilə tanış olublar.