AZ

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

Suriya hökuməti İran və İsrail vətəndaşlarının Dəməşqə uçuşuna qadağa tətbiq edib.

Bu barədə Türk Hava Yolları (THY) rəsmi internet saytında paylaşım edib.

Məlumata görə, Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Bu səbəbdən də İsrail və İran vətəndaşlarının Türk Hava Yollarının təyyarələrində Suriyaya uçuşu mümkün olmayacaq.

Paylaşımda həmçinin bildirilib ki, bu iki ölkə istisna olmaqla, digər bütün ölkələrin vətəndaşları Suriyaya giriş edə bilərlər.

"Suriya vətəndaşlarının Suriya əsilli olduğunu təsdiq edən sənədin təqdim edilməsi kifayətdir. Livan vətəndaşları ana-atalarının Suriya vətəndaşı olduğu və ya başqa bir ölkədə yaşayış hüququ, yaxud vizaları olduğu təqdirdə ölkəyə giriş edə bilərlər. Mətbuat mənsublarına xüsusi icazə verilir", - deyə qeyd edilir.

Xatırladaq ki, daha əvvəl THY-nin baş direktoru Bilal Ekşi Suriyanın paytaxtı Dəməşqə uçuşların yanvarın 23-də başlayacağını açıqlamışdı.
 
Seçilən
0
5
7news.az

9Mənbələr