Bu, Rusiya lideri ilə Faustin-Archange Tuadera arasında 2023-cü ilin iyulundan bəri ilk şəxsi görüşdür.
Rusiya prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasının (MR) prezidenti Faustin-Archange Tuadera ilə danışıqlar aparıb. Məlumatı TASS verib.
Söhbətin gündəliyinə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, beynəlxalq və regional gündəlikdəki aktual məsələlər daxildir.
Bu, prezidentlərin Sankt-Peterburqda Rusiya-Afrika sammiti çərçivəsində ikitərəfli danışıqlar apardığı 2023-cü ilin iyulundan bəri Putin və Tuadera arasında ilk şəxsi görüşdür. 2024-cü ilin noyabrında dövlət başçıları telefonla danışıblar: ölkələr arasında müxtəlif sahələrdə dostluq münasibətləri müzakirə olunub, terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
P.ƏMİRCANOV
XQ