AZ

Rusiyanın kömür sənayesi iflas təhlükəsi ilə üz-üzədir

 Rusiya kömürünün, o cümlədən termal kömürün ixrac qiymətləri daşınma limanından asılı olaraq, ton üçün minimum 60-78 dollara düşüb.

News365.az  "Kommersant"a istinadən xəbər verir ki, bu, Qiymət İndeksləri Mərkəzinin icmalında yer alıb.

Məlumata görə, yanvarın əvvəlində termal kömür 135 dollardan başqa ölkələrə satışa göndərilmişdi.Analitiklər qarşıdakı dövrdə bu qiymətin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar. 

Belə ki, kiçik oyunçuların iflası təhlükəsi var. İxrac gəlirlərində davam edən azalma, yeni bazarların olmaması və Mərkəzi Bankın sərt pul siyasəti, ucuz borc pulu əldə etmək imkanlarını məhdudlaşdırması zərərli zonadan çıxmağa imkan verməyəcək.

Seçilən
0
1
news365.az

2Mənbələr