AZ

Nazir: “Azərbaycan-Gürcüstan münasibətləri bir-birinin daxili işlərinə qarışmamağa əsaslanır”

“Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfəri ilk ikitərəfli səfərdir”.

7Times.az  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

O bildirib ki, bu, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının nə qədər yüksək səviyyədə olmasının bariz nümunəsidir:

“Azərbaycan-Gürcüstan münasibətlərindən danışarkən deməliyik ki, bu, uzun əsrlərə dayansa da, müstəqillik dönəmindəki münasibətlərimiz də 35 ilə yaxınlaşır. Bu müddət nə Azərbaycan, nə də Gürcüstan üçün sadə dövr olub. Lakin bütün bunlara baxmayaraq, bizim münasibətlərimiz beynəlxalq hüquqa və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanır”.

Seçilən
4
7times.az

1Mənbələr