AZ

Məmmədəmin Rəsulzadə bələdiyyə seçkilərində namizədliyini irəli sürüb - FOTO


Qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərdən biri də Azərbaycanın görkəmli liderlərindən, dövlət xadimlərindən biri olmuş Məmməd Əmin Rəsulzadənin adaşıdır.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Oğuz rayonu sakini Məmmədəmin Mehman oğlu Rəsulzadə 2025-ci il bələdiyyə seçkilərində namizədliyini irəli sürüb. Maraqlı məqam ondadır ki, Rəsulzadə Məmmədəmin 28 may 1997-ci il təvəllüdlüdür. Bu tarix isə Azərbaycanın müstəqillik günü – 28 May ilə üst-üstə düşür.

Rəsulzadə Məmmədəmin 2003-2014-cu illərdə Mollalı kənd məktəbində oxuyub. 2014-2018-ci illərdə Baki Dövlət Universiteti Coğrafiya fakultəsində ali təhsil alıb.

2020-ci ildən etibarən sahibkar olaraq fəaliyyət göstərir. 2017-ci ildən VHP-nin üzvüdür. 2021-ci ildən partiya Oğuz rayon təşkilatının sədr müavinidir.
Namizədliyi 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən Padar bələdiyyəsinin üzvlüyünə qeydə alınıb.



Seçilən
1
1
bakupost.az

2Mənbələr