Bakı. Trend:
Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru KamranƏliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşımübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duranvəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsikeçirilmişdir.
Bu barədə Trend-ə BaşProkurorluqdan məlumat verilib.
Bildirilib ki, müşavirədə giriş nitqi ilə çıxış edən KamranƏliyev müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli liderHeydər Əliyevin 1969-cu ildən etibarən korrupsiya kimi neqativtendensiyaların yolverilməzliyini bəyan etməsini və ona qarşıqətiyyətlə mübarizə aparmasını diqqətə çatdırmaqla yanaşıkorrupsiyaya qarşı mübarizənin müstəsna dərəcədə vacibliyinin daimAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarındaxüsusi vurğulanmasının, habelə bu istiqamətdə hüquq münasibətlərinitənzimləyən normativ bazanın müntəzəm olaraq təkmilləşdirilməsininmövcud siyasi iradənin göstəricisi olmaqla effektiv icraetməninqarantı olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi vəBirinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakıilə sosial sahədə həyata keçirilən bir sıra islahatlar ölkəvətəndaşlarının rifahının və həyat şəraitinin yaxşılaşdırılmasınaxidmət etməklə yanaşı, eyni zamanda qeyd edilən sahədə korrupsiyahallarına son qoyulması ilə nəticələnmişdir. Hazırda fəaliyyətgöstərməklə bir sıra dünya ölkələrinin diqqətini üzərinəcəmləşdirmiş və dünyada Azərbaycan məhsulu kimi qəbul edilmiş “ASANxidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyətləri bu mənadaxüsusi ilə vurğulanmışdır.
Bununla yanaşı, Baş prokuror tərəfindən xüsusi vurğulanmışdırki, qiyabi icraat və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsikimi mütərəqqi hüquqi institutların cinayət-prosessualqanunvericiliyinə əlavə edilməsi, habelə digər normativ hüquqiaktların günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi ölkədəcinayətkarlığa və onun ən təhlükəli təzahürlərindən olan korrupsiyahallarına qarşı təsirli mexanizm formalaşdırmaqdadır.
Eləcə də, prokurorluq orqanlarının da korrupsiyaya qarşımübarizə siyasətinin subyektlərindən biri kimi onun səmərəli icrasıüçün sərgilədiyi aktiv mövqeyə toxunan Kamran Əliyev qurumtərəfindən əsas fəaliyyət istiqamətlərindən əlavə milliqanunvericiliyin tətbiqi vəziyyətinin vətəndaş müraciətləri, habeləistintaq təcrübəsində müşahidə edilən tendensiyalarla əlaqəlişəkildə mütəmadi təhlil edildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, aparılmış təhlillərin nəticələrindən asılıolaraq bir çox məqamlarda prokuror təsir tədbirləri tətbiq edilmiş,milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasıüçün cinayət təqibinin rəqəmsallaşdırılması, maraqlar toqquşmasınınqarşısının alınması, əmlakın bərpası və digər sahələrdə normativhüquqi akt layihələri hazırlanaraq baxılması üçün aidiyyətiorqanlara təqdim olunmuşdur.
O da diqqətə çatdırılmışdır ki, yeni dövr islahatlarınınmahiyyətinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin2021-ci il 7 may tarixli Fərmanında təsbit edilməklə 2022-ci il 3mart tarixli digər Fərmanla Əsasnaməsi təsdiqlənmiş “Elektronprokurorluq” informasiya sisteminin fəaliyyəti digər dövlətorqanlarının informasiya sistemlərinin inteqrasiyası vəoptimallaşdırıcı modulların əlavə edilməsi yolu ilətəkmilləşdirilməklə müasir informasiya-kommunikasiyatexnologiyalarının prokurorluq orqanlarında tətbiqi prosesisürətlənmiş, bu göstərici isə öz növbəsində korrupsiyaya qarşımübarizədə xüsusi əhəmiyyət kəsb edən şəffaflıq və hesabatlılıqmeyarlarını daha da möhkəmləndirmişdir.
Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalqəməkdaşlığın önəmindən, bu sahədə mövcud beynəlxalq təcrübənin Başİdarənin əməkdaşları tərəfindən mənimsənilməsi zərurətindən bəhsedərkən qeyd etmişdir ki, digər beynəlxalq təşkilatlarla yanaşıBMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi(UNODC) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti uğurla davametdirilməkdədir. Belə ki Çin Xalq Respublikasının paytaxtı Pekinşəhərində 2024-cü ilin 24-27 sentyabr tarixlərində baş tutmuşŞəbəkənin 5-ci Plenar Görüşündə həmin təşkilatın 15 üzvdən ibarəticraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Baş İdarəninTəşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazovidarəçilik orqanına üzv təyin edilmiş, bundan əlavə Şəbəkənin İdarəKomitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarının 2025-ciilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi qəraraalınmışdır.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən AzərbaycanRespublikası Baş prokurorunun müavini - Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovhesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayətxarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcıtədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar vəqeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədəbaşlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmişcinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi iləəlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatlarımüqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarınındiqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindənvətəndaşların 10296 müraciətinə baxılmışdır.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiştədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt”əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətininmüsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqitədbirlər görülmüşdür.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcıtədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiyacinayətlərinə şərait yaradan halların aradan qaldırılması vəgələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləriqismində müxtəlif qurumlara 185 təqdimat göndərilmişdir. Həmintəqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlbedilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təminolunmuşdur.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1049 vətəndaşınqəbul edilməsi təmin edilmişdir.
Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digərməlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 materialüzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləribaşlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərininödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rəddedilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsirtədbirləri tətbiq edilmişdir.
Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılmış,keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiyacinayəti törədən 43 şəxs cinayət başında yaxalanmış, habelə buqəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfərsaxlanılmışdır.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Məhkəmələrəgöndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittihamhökmləri çıxarılmış, qalanları isə hazırda məhkəməbaxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eynizamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər)məhkəmələrinə göndərilmişdir.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrəümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manatməbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, ocümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakınavurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tamolaraq ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayətişləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinəhəbs qoyulması təmin olunmuşdur.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiyaqanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalqtəcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlərhəyata keçirilmişdir.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi AvropaŞurasının Pulların Leqallaşdırılmasına və TerrorçuluğunMaliyyələşdirilməsinə Qarşı Mübarizə TədbirlərininQiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və MərkəziAsiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalqtəşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyatakeçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilmişdir.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olankorrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalqəməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasınınəhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalqtəşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrinqurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqətyetirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyevhesabat və məruzədə qeyd edilən göstəricilərə münasibət bildirməkləyanaşı vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması,“161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha datəkmilləşdirilməsi, mərkəzə daxil olan hər bir vətəndaş müraciətinəhəssas yanaşılması, korrupsiya faktlarının artımı müşahidə edilənsahələrin müəyyən edilməsi məqsədilə aparılan təhlillərin davametdirilməsi, bu cür halların qarşının alıması yönəlik önləyicitədbirlərin icrası, korrupsiyaya qarşı mübarizə sahəsində effektivnəticələrin əldə edilməsi üçün digər hüquq mühafizə orqanları iləəlaqəli fəaliyyətin davam etdirilməsi, əməliyyat-axtarıştədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, vurulmuşmaddi ziyanların ibtidai istintaq dövründə ödənilməsinin təminedilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqikimi məsələlərin diqqətdə saxlanılması, nüfuzlu beynəlxalqtəşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha dagenişləndirilməsi, xidməti, icra və əmək intizamınınmöhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha daartırılması istiqamətində öz tapşırıq və tövsiyələrinivermişdir.