AZ

Korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, axtarışda olan 8 nəfər saxlanılıb - Rəsmi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 1049 vətəndaşın qəbul edilməsi təmin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılmış, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.* Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
0
3
teleqraf.com

5Mənbələr