AZ

“Balakhani Operating Company LTD” maaş qalmaqalı – MÖVQE

“Balakhani Operating Company LTD”də (Balaxanı Əməliyyat Şirkətində) baş verənlər müzakirələrə səbəb olub.

Pravda.az-ın xəbərinə görə, yayılan məlumatlarda bildirilir ki, “Balaxanı Əməliyyat”  rəhbərlikdə təmsil olunan şəxslərin qohum-əqrabaları tərəfindən istismar olunur. Balaxanı Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, vitse-prezidenti Əli Həsənli şirkəti “ailə podratı”na çevirib. Burada ən yaxşı işlərdə, ən yüksək maaş alanlar Rövşən Rzayev və Əli Həsənliyə yaxın olanlardır. SOCAR prezidenti Rövşən Nəcəf bu şirkətə komissiya göndərərsə, burada baş verənlərin şahidi olacaq.

İddialara görə, yüksək maaş alan işçilərin maaşlarının bir hissəsi sonradan şirkət rəhbərliyinə geri qaytarılır.

Ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda, boranda, qarda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alırlar. Amma Əli Həsənli iki ildir şirkətdə “şöbə” açıb. Hər ay 2000-3000 məvacib yazılan şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir.

Bildirilir ki, Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülkləri var. Onun işə çoxsaylı mühafizə ilə gəlib-getdiyi də deyilir.

Narazı şəxslər ölkə rəhbərliyindən rəhbərliyindən kömək istəyiblər.

“Qlobal.az” saytı məsələ ilə bağlı Balakhani Operating Company LTD-dən mövqe öyrənib: “Azərbaycan Respublikasındakı filialı hazırda neft-qaz hasilatı həyata keçirdiyi ərazilərdə fəaliyyətini başladıqdan bəri və xüsusilə son üç ildə iri həcmli optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri aparmaqdadır. Heyət üzvlərinin işə alınmasında bu xüsusilə özünü işə qəbul prosesinin şəffaf meyarlar üzərində qurulmasında göstərir. O cümlədən, işçilər müvafiq bilik və bacarıq tələblərinə uyğun olduqda mərhələli yoxlamalardan keçir və yekunda ən səriştəliləri işlə təmin olunurlar. Bundan əlavə, korporativ “qayğı” dəyərimizə əsaslanaraq, hazırda işçi heyətimiz arasında 400-ə yaxın əməkdaş şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı olduğuna görə müvafiq iş yerləri ilə təmin olunmuşdur. Əməliyyat şirkətində çalışan bütün işçi heyəti üçün tibbi sığorta proqramı təmin edilmiş və həmin sığorta proqramı çərçivəsində yüzlərlə əməkdaşımız müayinə və müalicə xidmətlərindən təmənnasız istifadə etmişdir. İşçi heyətinin peşəkarlığının artırılması da şirkətimizin daim diqqət mərkəzindədir. Belə ki, hazırda 45 nəfər həmkarımız ikinci ali təhsilini Balakhani Operating Company LTD hesabına almaqdadır”.

Seçilən
3
2
editor.az

3Mənbələr