AZ

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq

Bakı, 17 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində yanvarın 23-ü saat 15:30-da çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçiriləcək.

Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

 

Seçilən
1
7
azertag.az

10Mənbələr