London dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirdən Kiyevə 3 milyard dollar köçürəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın İnsider nəşri Böyük Britaniyanın baş naziri Key Starmerin Kiyevə səfərinin yekunlarına dair məlumat yayıb.
Bundan əvvəl Britaniya mətbuatı aydınlaşdırmışdı ki, bu tranşın Ukraynaya kredit şəklində verilməsi planlaşdırılır və bu, Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə ödəniləcək. Eyni zamanda, London Kiyevin alınan vəsaitlə hansı növ silahlar alacağı ilə bağlı veto hüququnu özündə saxlamaq niyyətində idi.
Böyük Britaniya Qərbdə bloklanan Rusiya aktivlərindən əldə etdiyi mənfəətdən istifadə edərək Ukraynaya 50 milyard dollar kredit ayırmağı öhdəsinə götürən “Yeddilik” qrupunun üzvlərindən biridir.