AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə növbəti Ali-Səviyyəli Toplantısı işə başlayıb(FOTO)

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində keçirilən 31-ci Ali-SəviyyəliToplantı BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsindəkeçirilir.

Trend xəbər verir ki, 16-17yanvar tarixlərini əhatə edəcək Toplantı 40-dan çox nüfuzluliderlərləri bir araya gətirib. Toplantıda 25-dən çox ölkəni təmsiledən sabiq dövlət və hökümət başçıları, beynəlxalq təşkilatrəhbərləri iştirak edir.

Qeyd edək ki, Toplantının açılış mərasimi Mərkəzin həmsədri,xanım Vayra Vike-Frayberqa; BMT-nin Cenevrə Ofisinin Baş Direktoru,xanım Tatyana Valovaya; Ümumdünya Səhiyyə Təşkilatının BaşDirektoru, Dr. Tedros Adanom Qebreisus; BeynəlxalqTelekommunikasiya İttifaqının Baş Katibi, xanım Dorin BoqdanMartin; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlərnaziri, COP29 Prezidenti Muxtar Babayev və Finlandiyanın sabiqprezidenti xanım Tarya Halonenin çıxışı ilə baş tutub.

Bundan əlavə, Toplantı “İnkişaf etməkdə olan ölkələr üçünDİM-lərin maliyyələşdirilməsi”, “COP29: Vəddən Tərəqqiyə”,“Sağlamlıq və İqlim Dəyişikliyi Yaşıl Rəqəmsal Fəaliyyətin Tətbiqi”kimi qlobal mövzuları əhatə edir. Toplantı, həmçinin bu il baştutacaq 12-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, bu Toplantı Mərkəzin BMT Cenevrə ofisi ilə birgətəşkil etdiyi 4-cü toplantıdır.

Nizami
Nizami
Nizami
Nizami
Seçilən
18
5
az.trend.az

6Mənbələr