AZ

Ötən il bu teatrda 10 tamaşanın premyerası oldu

Ötən il Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 10 müxtəlif janrlı tamaşanın premyerası olub.

Bu barədə Teleqraf.com-a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, “Adamın adamı", “Palata”, “Qadınım”, “Əliqulu bu gün evlənir”, “Aysedora”, “Killerdən teleqram”, “İnanıram” tamaşalarının premyeraları anşlaqla keçib.

Həm azərbaycan, həm də rus dilində hazırlanan “İki küpəgirən qarı” və Yeni il hədiyyəsi kimi “Evdə tək” tamaşaları da balaca teatrsevərlərin ixtiyarına verilib.

“Əliqulu bu gün evlənir” tamaşası “Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi münasibətilə təqdim olunub.

Qeyd olunur ki, “Aysedora” Belarusun Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında, “Killerdən teleqram” monotamaşası isə Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. “Qadınım” tamaşası isə həm Türkiyənin Konya şəhərində 16-cı dəfə keçirilən “Min nəfəs, bir səs” Teatr Festivalında, həm də Gəncə Dövlət Filarmoniyasının səhnəsində təqdim edilib.


Müəllif: Teleqraf.com
Seçilən
2
3
teleqraf.com

5Mənbələr