AZ

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

"BP"nin baş icraçı direktoru Marey Oçinklos xərcləri azaltma siyasətlərinin bir hissəsi olaraq, təxminən 4700 əməkdaşını, yəni ümumi işçi qüvvəsinin 5 faizindən çoxunu işdən çıxaracağını elan edib.  

Şirkət, 4700 nəfərlik əsas işçilərə əlavə olaraq, müqavilə əsasında "BP"də çalışan 3000 nəfərin də işdən çıxarılacağını bildirib.  

Bu ixtisarlar, "BP"nin bütün bölmələrinin nəzərdən keçirilməsindən sonra qərarlaşdırılıb və bu ilin sonunadək həyata keçirilməsi planlaşdırılır. Hazırda "BP"nin təxminən 90 min nəfərlik işçi qüvvəsi var.  

Oçinklos keçən il, enerji keçidi strategiyasına dair investorların narahatlıqlarını aradan qaldırmaq və səleəfi Bernard Luninin 2023-cü ilin sentyabrında işçilərlə münasibətlərinə dair açıqlama vermədən istefa etməsindən sonra şirkətin gəlirlərini artırmaq məqsədilə, "BP"nin xərclərini 2026-cı ilin sonunadək ən azı 2 milyard dollar azaltmaq öhdəliyini elan etmişdi.  

Oçinklos öz açıqlamasında deyib: "Bu il, gələn il və sonrakı illərdə görəcəyimiz daha çox iş var, lakin 'BP'ni daha sadə, daha fokuslanmış və daha yüksək dəyərli bir şirkət olaraq inkişaf etdirmək üçün güclü irəliləyiş əldə edirik."  

Oçinklos, əməkdaşlara göndərdiyi və "Bloomberg"ə də təqdim edilən e-poçtda bunları yazıb: "Bu qərarların, iş yerləri təhlükə altında olan hər kəs üçün yaratdığı qeyri-müəyyənliyi və həmçinin həmkarlarınız və komandalarınıza göstərə biləcəyi təsiri anlayıram və qəbul edirəm. Xahiş edirəm, bir-birinizə diqqət yetirməyə, anlayışlı olmağa və xüsusən də dəyişiklik zamanlarında təhlükəsizliyə önəm verməyə davam edin."  

Rəhim

Seçilən
5
1
valyuta.az

2Mənbələr