AZ

İsrail-HƏMAS atəşkəsi: “Netanyahu Trampın inauqurasiyasından sonra…”

“Qəzzada bir qrup silahlı şəxsin vəziyyəti alt-üst etməsilə müharibə yenidən başlaya bilər”.

Yenicag.az xəbər verir ki, bunu İsrail və HƏMAS arasındakı atəşkəsin hansı nəticələri doğuracağından danışan Ərəb Körfəz Dövlətləri İnstitutunun baş rezident alimi Hüseyn İbiş deyib.

Onun sözlərinə görə, son dövrlər Yaxın Şərqdə baş verən hadisələr xüsusilə 2023-cü ilin yanvarından noyabrına qədər uzanan prosesin nəticəsidir:

“Bu ideyalar artıq uzun zamandır mövcuddur. Amma prosesin daha da konkretləşməsi Donald Trampın seçilməsi ilə bağlıdır. Trampın İsrail ictimaiyyətinə və ordusuna təzyiq edərək Baş nazir Netanyahuya müharibənin davam etməsi üçün müxtəlif razılaşmalar əldə etməyə çalışması bu dəyişiklikləri daha da dərinləşdirib.

Netanyahu Trampın inauqurasiyasından sonra bu müharibənin davam etməsini istəmədiyini açıq şəkildə ifadə edib. Digər tərəfdən, HƏMAS daxilindəki siyasi və güc dəyişiklikləri də vacib rol oynayıb. Əsəd rejiminin süqutundan sonra İran və “Hizbullah”ın bölgədəki rolu artıb, eyni zamanda, Türkiyə və Qətər bölgədə güclənib. Bu vəziyyət HƏMAS daxilindəki hakimiyyətin dəyişməsinə səbəb olub. Hazırda HƏMAS-ın əsas regional əlaqələri artıq İranla deyil, Türkiyə və Qətərlə siyasi və diplomatik əlaqələrdən ibarətdir. Bu iki ölkə isə müharibənin davam etməsini istəmir.

Tərəflərin özbaşına və riskli mərhələyə girməsi mümkündür. Hər iki tərəf xüsusilə 42 günlük müddət ərzində razılaşmanın davam edib-etməyəcəyini müəyyən etməli olacaq. Qəzzada bir qrup silahlı şəxsin vəziyyəti alt-üst etməsilə müharibə yenidən başlaya bilər. Bu, liderlərin ikinci mərhələyə keçmək üçün təxribatlara hazır olmalarını tələb edir. Çünki heç bir xarici güc bu prosesi nəzarətdə saxlamır.

Netanyahu Qəzzada alternativ mülki administrasiya yaratmağa qarşı çıxıb və İsrailin Fələstin Muxtariyyətini gücləndirməkdən qorxduğu üçün həmin razılaşmanı dəstəkləyir. Bu yanaşma İsrailin Qəzzada HƏMAS-ın hakimiyyətini de-fakto qəbul etməsi və gələcəkdə bu münaqişənin inkişafı ilə bağlı strateji qərarlarının göstərilməsidir”.

Nəsimi Ələsgərli

Seçilən
16
50
yenicag.az

10Mənbələr