“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb. Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda Metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə Metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.
Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.
Bakı Metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində AİİB-in iştirakı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.