AZ

"ABŞ Ermənistana təhlükəsizlik zəmanəti verməyib" - Tarasov » AzadMedia.az


"Qeyd etmək lazımdır ki, rəsmi İrəvan görünür artıq öz xarici siyasət vektorunu müəyyən edib".

Bunu Rusiyalı politoloq Stanislav Tarasov deyib.

Politoloq Ermənistan-Amerika strateji tərəfdaşlığına və bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken arasında imzalanmış sənədə istinad edib: "Sənədin müddəalarında konkret olaraq nə nəzərdə tutulmasından asılı olmayaraq, Ermənistanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi faktdır və bu, yaxın gələcəkdə Ermənistanın siyasi xəttinə, eləcə də ümumilikdə Cənubi Qafqazda hökm sürən atmosferə təsir edəcək".

Rusiyalı ekspert iki halı diqqətəlayiq hesab edir: ABŞ Ermənistana dəqiq təhlükəsizlik zəmanəti verməyib və sənədin imzalanması demək olar ki, Donald Trampın Ağ Evə gəlməsindən bir neçə gün əvvəl baş tutdu.

Onun sözlərinə görə, Tramp administrasiyası hakimiyyətdə olarkən sənədin perspektivi sual altındadır: "Baxmayaraq ki, Nikol Paşinyan Trampın prezidentliyinin ilk dövründə Ermənistanda hakimiyyətə gəlib və Tramp tərəfindən dəstəklənib, Amerika KİV-ləri 2025-ci ildə Ermənistan üçün o qədər də əlverişli olmayan proqnoz verib və qeyd edib ki, Ermənistan ABŞ yardımı olmadan qala bilər. Çünki Tramp Azərbaycanla münasibətlərə üstünlük verə bilər".

Tarasov qeyd edib ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistan məqsədyönlü şəkildə Avroatlantik inteqrasiyaya doğru gedir, eyni zamanda Rusiyanı tərk edir: "Azərbaycan, görünür, Ermənistandan fərqli olaraq, daha balanslı siyasət aparmağa çalışır və Moskva qeyd edir ki, ABŞ ilə strateji münasibətlərə malik olmaq Ermənistanın suveren qərarıdır. Kreml Ermənistanla münasibətlərə dəyər verdiyini vurğulayır və qeyd edir ki, ABŞ Cənubi Qafqaz dövlətlərində heç vaxt sabitləşdirici rol oynamayıb".
Seçilən
0
2
azadmedia.az

3Mənbələr