AZ

Ermənistan ordusunda "dedovşina" hökm sürür - Anahit Manasyan

"Hərbi xidmətdən yayınma hələ də Silahlı Qüvvələrdə normal şəraitin təmin olunmaması ilə bağlıdır".Bunu Ermənistanın ombudsmanı Anahit Manasyan Ermənistan hökumətinin iclasından sonra keçirdiyi brifinqdə deyib.

AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, Manasyanın sözlərinə görə, hökumətin iclasında onlar yalnız vətəndaşların vəzifələrindən danışıblar, həm də dövlətin vəzifələrindən danışmaq lazımdır:

"Dövlət hərbi qulluqçulara fiziki və ya psixoloji təzyiqin hər hansı təzahürlərini istisna edən mühit yaratmalıdır. Bir çox hallarda Silahlı Qüvvələrdəki vəziyyət hələ də dedovşina, intihar və özünə zərər vermək üçün əlverişlidir. Təbii ki, bu, hərbi xidmətə münasibətə təsir etməyə bilməz”, - hüquq müdafiəçisi bildirib.

AzNews.az

Seçilən
5
aznews.az

1Mənbələr