AZ

Ukrayna və Böyük Britaniya arasında tərəfdaşlıq sazişi imzalanıb

Böyük Britaniya və Ukrayna ticarət, təhlükəsizlik və müdafiə, elm və texnologiya, təhsil, mədəniyyət və digər sahələrdə iki ölkə arasında möhkəm əlaqələr qurmağı hədəfləyən 100 illik tərəfdaşlıq sazişi imzalayıb.

Sənədi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıblar.

\"Bu gün həqiqətən tarixi bir gündür. Ukrayna və Böyük Britaniya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb. Biz yeni bir səviyyəyə çıxdıq, bu, strateji münasibətlərdən daha artıqdır. 100 illik tərəfdaşlıq haqqında saziş imzaladıq\", - Zelenski bildirib.

Qeyd olunur ki, sənəd Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyin gücləndirilməsi üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində ölkələrin hərbi əməkdaşlığına töhfə verəcək. Həmçinin Ukraynanın işğal olunmuş ərazilərindən oğurlanmış taxılın izlənməsi üçün Böyük Britaniyanın hazırladığı yoxlama sxeminin tətbiqi və s. planlaşdırılır.

Daha əvvəl Böyük Britaniya mətbuatı Starmerin Kiyevə səfəri zamanı Britaniya şirkətləri üçün imkanlar yaradacaq iqtisadiyyatın bərpası üçün Ukraynaya 40 milyon funt sterlinq ayıracağını elan etmək niyyətində olduğunu bildirmişdi. Bu, Böyük Britaniyanın artıq Ukraynaya təqdim etdiyi 12,8 milyard funt sterlinq məbləğində dəstəyin, o cümlədən 7,8 milyard funt sterlinq məbləğində hərbi yardımın və Ukraynanın enerji infrastrukturuna dəstəyin davamıdır.
 
///report
Seçilən
4
6
azxeber.com

4Mənbələr