“Şamaxı” klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, komanda müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb.
Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub.