AZ

Rusiyadan İrana qaz tədarükü ilə bağlı saziş demək olar ki, hazırdır

İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiya qazının İrana tədarükü ilə bağlı müqavilə demək olar ki, hazırdır.

 

Oxu24.com xəbər verir  ki, bu barədə   RİA Novosti məlumat yayıb.

 

Onun sözlərinə görə, bu məsələ nəhayət ki, Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında keçiriləcək görüşdə həll oluna bilər.

“Əgər iki prezidentin iştirakı ilə bu səfər zamanı bu məsələ nəhayət həll olunarsa, biz bu sazişi də imzalamağa hazır olacağıq”, - deyə o qeyd edib.

Yanvarın 17-də Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Sonuncu rəsmi səfərlə Moskvaya gələcək. Müqavilə imzalandıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər. Kreml bəyan edib ki, saziş hərbi-siyasi və ticarət-iqtisadi sahədə, eləcə də elm, təhsil, mədəni və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcək.

 

Nigar

 

Seçilən
6
oxu24.com

1Mənbələr