AZ

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-4000 MANAT - VAKANSİYA

Group of Companies

Baş mühasib

Son tarix 14 fev 2025 - Müraciət et

İş yeri: Bakı şəhəri, Buzovna qəsəbəsi

  • Maaş: 3,000.00 AZN - 4,000.00 AZN

Vəzifə öhdəlikləri:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə

İş təcrübəsi (minimum):

  • Müvafiq sahədə 2 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

Dil bilikləri:

  • Azərbaycan dili (ingilis və rus dili arzuolunandır)

Kompüter bilikləri:

  •  Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3

Digər zəruri tələblər:

  •  Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.
Seçilən
51
50
fed.az

10Mənbələr