Azərşəkər LLC
Layihə rəhbəri
Son tarix 01 mar 2025 – [email protected]
Vəzifə öhdəlikləri:
- Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir.
- Fərdi layihələri idarə etmək, statuslarını təqib etmək və uğurlu şəkildə nəticəyə çatmasını təmin etmək, lazım gəldikdə əlavə strukturları işə cəlb etmək;
- Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
- Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısını almaq və ya həll edilməsini təmin etmək;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
- Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısı alınması üçün tədbirlər planı hazırlamaq və ehtiyac yarananda tətbiq etmək
- Yeni layihələrin inşasında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
- Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.
- İstifadə edilən hər növ material, avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə çatdırmaq.
- Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq.
Vəzifə tələbləri:
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis dili-yaxşı, Rus dili-arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
Əlavə məlumat:
- Struktur: Əməliyyatlar departamenti
- Bilavasitə tabe olduğu şəxs: Baş əməliyyat inzibatçısı
- İş yeri: Ağcabədi rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Layihə rəhbəri) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.