“İtaətsiz Fransa” partiyasının koordinatoru Manuel Bompar Fransa hökumətinin tezliklə istefaya gedəcəyini proqnozlaşdırıb.
Bu barədə Aznews.az Fransa mətbuatına istinadən xəbər verir.
Fransa Milli Assambleyasında Baş nazir Fransua Bayruya etimadsızlıq votumu ilə bağlı müzakirələr zamanı danışan Bompar belə deyib: “Cənab Baş nazir, bədbəxt hökumətinizin sayılı günləri qalıb. Bu hökumət süqut etdikdən sonra, “monarx” Makron (Fransa Prezidenti Emmanuel Makronu nəzərdə tutur – red.) da devriləcək”.
Onun fikrincə, hökumətə etimadsızlıq votumunun keçirilməsi üçün kifayət qədər səbəb var.