2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.
Demokrat.az xəbər verir ki, görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycanın və Ermənistanın İranla ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
10Mənbələr
-
publika.azBu iki ölkə razılığa gəldi: Ərazilər dəyişdirildi ( 15081407)
-
interpress.azHindistan və Çin RAZILIĞA GƏLDİ ( 15077301)
-
bakupost.azSərhədlərin demarkasiyasına başlandı ( 14978797)
-
reyting.azÇin və Braziliya sülhü seçirlər ( 14973773)
-
oxumeni.azYaponiya və ABŞ tərəfdaşlarla əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər ( 14961079)
-
ikisahil.azRusiya və BƏƏ arasında razılaşma əldə edildi ( 14958551)
-
demokrat.azBu ölkədə ictimai yerlərdə niqab qadağan edildi ( 14948727)
-
milli.azBu ölkədə ictimai yerlərdə niqab qadağan edildi ( 14947879)
-
sia.azBu ölkədə ictimai yerlərdə niqab qadağan edildi ( 14947347)
-
qafqazinfo.azBu ölkədə ictimai yerlərdə niqab qadağan edildi ( 14947261)