AZ

Bu ölkədə ictimai yerlərdə niqab qadağan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların üzünü örtən geyimlə ictimai yerlərdə görünməsini qadağan edən qanun imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq məlumat respublika Prezidentinin rəsmi saytında dərc edilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inanc və dini mərasimlərin keçirilməsini qadağan edir. Dövlət dini ədəbiyyatın ictimai yerlərdə, təhsil müəssisələrində və qapı-qapı gəzintiləri zamanı yayılmasını da məhdudlaşdırır.

Həmçinin dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. 

Sözügedən qanun layihəsinə əsasən, qaydalara riayət etməyənlər 20 min som (təxminən 389 manat) məbləğində cərimələnəcəklər.  

Seçilən
9
50
qafqazinfo.az

10Mənbələr