ABŞ prezidenti Donald Tramp ölkəsinin yenidən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ola biləcəyinə işarə edib.
Las-Veqas mitinqində çıxışı zamanı Tramp vəzifəyə başladığı ilk gündə imzaladığı fərmanla üzvlüyündən çıxdığını açıqladığı ÜST-yə “ABŞ-ın yenidən qayıda biləcəyini söyləyib: "Biz ÜST-dən çıxdıq. Biz orada ildə 500, Çin isə çox əhalisinin daha çox olmasına baxmayaraq, 39 milyon dollar ödəyirdi. Amma bəlkə biz yenidən qoşulmağı düşünə bilərik."
Yanvarın 22-də Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Donald Trampı ÜST-dən çıxmaq qərarına yenidən baxmağa çağırıb.
ABŞ prezidenti D.Tramp vəzifəyə gəldikdən dərhal sonra Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Səhiyyə Təşkilatından çıxmasını nəzərdə tutan fərman imzalayıb. Fərmanın mətnində ABŞ-ın geri çəkilməsinin səbəbləri olaraq “təşkilatın Çinin Uhan şəhərində baş verən “Covid-19” epidemiyası, digər qlobal sağlıq böhranlarını düzgün idarə etməməsi, təcili ehtiyac duyulan islahatları qəbul etməməsi, üzv dövlətlərin yersiz siyasi təsirlərindən ÜST-nin müstəqilliyini qoruyub saxlamaması” göstərilib. Mətndə o da qeyd olunub ki, “ÜST ABŞ-dan haqsız yerə ağır ödənişlər tələbə davam edir".