Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya Prezidenti Yun Sok Yolu həbsdə saxlayıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Prezident Yun Sok Yolun prezidentin Korrupsiya Təcrübələri İstintaq İdarəsi (CIO) tərəfindən “qanunsuz həbs” iddiaları ilə əlaqədar həbsinin qanuniliyini yoxlamaq tələbi bu gün məhkəmə tərəfindən rədd edildi”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 15-də müstəntiqlər Yun Sok Yolu qiyamla bağlı həbs ediblər. Bildirilir ki, bu, ölkənin tarixində görünməmiş bir haldır ki, hazırda fəaliyyətdə olan prezident istintaq orqanı tərəfindən həbs edilib.
"Cebheinfo.az"