AZ

İlk rəsmi səfərini Azərbaycana edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Boçorişvili Bakıya 2 günlük səfəri çərçivəsində XİN rəhbəri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirəcək.

Bununla yanaşı, gürcü nazir iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.

Milli.Az

Seçilən
5
10
milli.az

10Mənbələr