AZ

ABŞ-ın maliyyə naziri postuna namizəd Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə icazə verdi

ABŞ-ın maliyyə naziri postuna namizəd Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə icazə verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən Skott Bessent Rusiyaya və onun neft sektoruna qarşı sanksiyaların Rusiyanı sülh masasına oturmağa məcbur edəcək səviyyəyə çatdırmağın tərəfdarı olduğunu bildirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə namizədliyinin nəzərdən keçirilməsinə həsr olunmuş dinləmələrdə Senatın Maliyyə Komitəsindəki çıxışında bildirib.“Əgər hər hansı Rusiya rəsmisi bu təsdiqləmə dinləmələrini izləyirsə, başa düşməlidir ki, əgər mənim təsdiqim təsdiqlənsə və prezident Tramp bunu Ukraynadakı müharibəni bitirmək strategiyasının bir hissəsi kimi tələb edirsə, mən 100% artımın tərəfdarıyam. Xüsusilə Rusiya neft sektorunun əsas oyunçularına qarşı sanksiyalar Rusiyanı danışıqlar]masası arxasına oturmağa məcbur edəcək səviyyəyə çatdırılacaq”, - deyə Skott Bessent vurğulayıb.

Seçilən
2
2
afn.az

3Mənbələr