Qubada Əməkdar həkim, kardioloq Cabir Məmmədov avtomobil vurub.
Modern.az xəbər verir ki, hadisə rayon xəstəxanasının həyətində baş verib.
Həkimlər ona dərhal tibbi yardım göstəriblər.
İnsident polis əməkdaşları tərəfindən araşdırılan zaman C.Məmmədov hadisəni törədən şəxs barəsində şikayətçi olmadığını söyləyib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, yanvarın 15-i saat 18:00 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 1 nəfər (kişi cinsli) Quba rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1950-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol alın nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin olunub.
"Hazırda xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti stabil qiymətləndirilir”, - açıqlamada bildirilir.
Qeyd edək ki, Cabir Məmmədov MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirlinin atasıdır. Rəşad Cabirlinin verdiyi məlumata görə, atasının əziyyəti stabil, yaxşıdır.
"Quba Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə, bütün kollektivinə göstərdikləri diqqətə və qayğıya görə dərin təşəkkürümüzü bildiririk", - o qeyd edib.
"Cebheinfo.az"