Türkiyənin “Beşiktaş” klubu baş məşqçi Niko Kovaçla anlaşa bilməyib.
Viral.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “ağ-qaralar”ın təklifini qəbul etməyib.
İstanbul təmsilçisinin rəhbərliyi 53 yaşlı çalışdırıcı ilə görüşsə də, razılıq əldə olunmayıb. “Beşiktaş” sabiq baş məşqçisi Covanni van Bronkhorstla yolları ayırdıqdan sonra mütəxəssis axtarışındadır.
Son Yazılar:
- “Beşiktaş” xorvatiyalı mütəxəssislə anlaşa BİLMƏDİ
- Sizə səslənirəm, Qoca nəsil – Südabə Məmmədova…
- “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik
Qeyd edək ki, N.Kovaç karyerası ərzində Xorvatiya millisi ilə yanaşı, Almaniyanın “Ayntraxt”, “Bavariya” və “Volfsburq” klublarını çalışdırıb. O, Fransada “Monako” klubunda da baş məşqçi kimi fəaliyyət göstərib.