Nuri Bilge Ceylanın "Kuru otlar üstünde" filmindəki performansı ilə Kann Film Festivalında "Ən yaxşı qadın aktrisa" mükafatını qazanan Merve Dizdar Fransanın ən nüfuzlu ordenlərindən biri olan "Ədəbiyyat və İncəsənət Cəngavəri" nişanına layiq görüləcək.
Milli.Az xəbər verir ki, bu mükafat 28 yanvar tarixində keçiriləcək xüsusi mərasimdə Merve Dizdara təqdim ediləcək.
Fransa bu ordeni mədəniyyət və incəsənət sahəsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə təqdim edir. Daha əvvəl bu şərəfə Türkiyədən Ajda Pekkan və Nuri Bilge Ceylan da layiq görülüb.