AZ

Suriyadan BMT sülhməramlılarına yaşıl işıq

Suriya hakimiyyəti BMT sülhməramlılarının Qolan təpələrindəki bufer zonasına yerləşdirilməsinə icazə verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə administrasiyasının rəhbəri Əhməd əl-Şaraa bildirib.

Suriyalı siyasətçinin fikrincə, indi İsrailin bufer zonada mövcudluğunu saxlamaq hüququ yoxdur, çünki orada İran milislərinin təhdid formasında olması bəhanəsi artıq mövcud deyil.

“Hər kəs İsrailin Suriyaya hücumunun səhv olduğu və ondan əvvəlki vəziyyətə qayıtmağın zəruriliyi ilə razılaşır”, - o vurğulayıb.

Seçilən
0
1
unikal.az

10Mənbələr