"Liverpul"la mövsümün sonunda müqaviləsi yekunlaşacaq Məhəmməd Salahın Səudiyyə Ərəbistanına yollanacağı iddia edilib. Metbuat.az xəbər verir ki, “Əl-İttihad" misirli ulduzu heyətinə qatmaq istəyir. “Əl-İttihad” klubunun Salaha dünyanın ən çox qazanan futbolçusu edə biləcək müqavilə təklif etdiyi deyilir. “Fichajes”də dərc edilən xəbərə görə, “Əl-İttihad"ın təklifi rekord məbləğdir. “Forbes” jurnalına görə, Salah “Liverpul”da illik 18,2 milyon funt sterlinq maaş alır. Dünyanın ən çox maaş alan futbolçusu isə Kriştiano Ronaldodur. Portuqaliyalı ulduzun meydandakı qazancı illik 220 milyon dollardır. Ümumi qazancı 285 milyon dollar olan Ronaldonun bu rəqəmlə futbol tarixində rekord qırdığı bildirilir.