AZ

Şikayətlərə səbəb olan yollar asfaltlandı - FOTO

Şəmkir şəhərinin küçələrində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparılıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində bu dəfə Elpərəst Hüseynov küçəsi yenidən qurulub.

Bununla yanaşı, Səməd Vurğun (1-ci küçə), Həzi Aslanov (2-ci küçə), M.Ə.Sabir (3-cü küçə), Nizami Gəncəvi (4-cü küçə), İsrafil Məmmədov (5-ci küçə), Rəşad Sadıqov (Şəmkir Şəhər Parkının arxası), Əhməd Cavad (H.Əliyev prospektindən Şəhidlər Xiyabanına olan hissə), Məhəmməd Füzuli (1-ci 13-cü küçənin arası 3-cü döngə), M.Paşayev (1-ci 8-ci küçənin arası 2-ci döngə), Mübariz İbrahimov (6-cı küçənin üst döngəsi), M.Ə.Rəsulzadə (8-ci küçə), Şəmistan İbrahimov küçələrində və Dəllər qəsəbə yolunda ümumu uzunluğu 5 kilometr olan hissəsində cari təmiri işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Yeni asfalt örtüyü salınan küçələrdə xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salınıb. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkilib.

FOTO QALEREYA
Seçilən
1
1
avtosfer.az

2Mənbələr